Modern.az

Yeni Azərbaycan Partiyası namizədini AÇIQLADI

Yeni Azərbaycan Partiyası namizədini AÇIQLADI

12 Dekabr 2023, 10:36

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində namizədi İlham Əliyev olacaq.

 

Modern.az xəbər verir ki, bu barədə YAP sədrinin müavini, partiyanın Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib.

 

Onun sözlərinə görə, YAP İdarə Heyəti növbədənkənar prezident seçkiləri ilə əlaqədar tədbirlər planını yekunlaşdırmaq üzrədir.

 

Partiya funksioneri yaxın günlərdə YAP İdarə Heyətinin iclasının olacağını vurğulayıb.

 

Tahir Budaqov qeyd edib ki, prezidentliyə namizəd YAP İdarə Heyətinin iclasında irəli sürüləcək. O qeyd edib ki, sonuncu qurultayda İdarə heyətinə belə bir səlahiyyət verilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama