Modern.az

YAP iclas keçirəcək - Partiyanın namizədi RƏSMİLƏŞƏCƏK

YAP iclas keçirəcək - Partiyanın namizədi RƏSMİLƏŞƏCƏK

Ölkə

14 Dekabr 2023, 10:10

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçiriləcək.

 

Modern.az xəbər verir ki, İdarə Heyətinin genişləndirilmiş iclası sabah, dekabrın 15-də saat 10:00-da başlayacaq.

 

Heydər Əliyev Mərkəzində keçiriləcək iclasda partiyanın növbədənkənar prezident seçkilərində namizədi irəli sürüləcək.

 

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.

 

Bir neçə gün öncə YAP sədrinin müavini Tahir Budaqov bildirib ki, hakim partiyanın 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində namizədi İlham Əliyev olacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama