Modern.az

Bakı İrəvanın sülh təkliflərinə cavab HAZIRLAYIR

Bakı İrəvanın sülh təkliflərinə cavab HAZIRLAYIR

Ölkə

14 Dekabr 2023, 15:08

Noyabrın sonunda Ermənistan tərəfindən aldığımız sülh müqaviləsi üzərində Azərbaycan tərəfi formalaşdırma aparır. 

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin xarici işlər naziri Hakan Fidanla birgə mətbuat konfransında bildirib.

 

O qeyd edib ki, yaxın zamanda Azərbaycan tərəfi öz mövqeyini bildirəcək.

 

Nazir xatırladıb ki, sentyabrın 19-da antiterror tədbirləri zamanı Azərbaycanın suverənliyi tam bərpa olunub.

 

"Bundan sonra regionda böyük reallıqlar yaranıb. İki ölkənin qərarı da sülh istiqamətindədir. Ümid edirik ki, Ermənistan tərəfi də sülh addımları istiqamətində ciddi addımlar atacaq", - Ceyhun Bayramov vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu