Modern.az

Prezidentin general rütbəsi verdiyi şəxslər KİMDİR... - FOTOLAR

Prezidentin general rütbəsi verdiyi şəxslər KİMDİR... - FOTOLAR

Ölkə

15 Dekabr 2023, 12:48

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Etibar İsmayılova “general-leytenant", Şahin Mirzəyevə “general-mayor”, Aqşin Kazımov və Asif Məmmədliyə “daxili xidmət general-mayoru” ali xüsusi rütbələri verilib.

 

Modern.az yeni rütbə verilən şəxslərin kim olması ilə maraqlanıb.

 

General-leytenant rütbəsi verilən Etibar İsmayılov Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisidir. 01.05.1966-ci ildə Bakı şəhərində anadan olub. Moskva Ali Yol və Mühəndis qoşunları komandanlıq məktəbini bitirib. Ailəlidir. 2 övladı var.

 

General-mayor rütbəsi verilən Mirzəyev Şahin isə Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziridir. 16.04.1968-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olub. Azərbaycan Texniki Universitetini bitirib. Ailəlidir, 2 övladı var.

 

Aqşin Kazımov FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisidir. 28 noyabr 1965-ci ildə Bakı şəhərində anadan olub. SSRİ DİN Ali Mühəndislər Yanğın Texniki Məktəbini bitirib. Ailəlidir. 3 övladı var.

 

Asif Məmmədli FHN Dövlət Yanğından Mühafızə Xidmətinin rəisidir. 2 iyul 1977-ci ildə Bakı şəhərində anadan olub. Bakı Ali Hərbi Dənizçilik Akademiyasını və Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin Akademiyasını bitirib. Ailəlidir. 2 övladı var.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama