Bir vaxtlar şimal-qərb bölgəsində məşhur həkimləri ilə tanınan Şəkidə indi ağ xalatlıları gündüz vaxtı çıraqla gəzirlər.
Modern.az-ın məlumatına görə, 200 min nəfərə yaxın sakini olan şəhərdə ixtisaslı həkim az qala yox dərəcəsindədir.
Şəhər sakini Çingiz Nağıyev deyir ki, dövlət xəstəxanalarındakı təcrübəli həkimlər işləmək üçün özəl xəstəxanalara gediblər: “Dövlət xəstəxanalarında qalan həkimlərin çoxu da günorta saat üçdən sonra yerində olmur”.
Şəki Rayon Mərkəzi Xəstəxanasının anestezioloq-reanimatoloqu Gülnarə Cabbarova kadr, həkim çatışmazlığının olduğunu etiraf edib: “Həkim məzuniyyət götürəndə yaranmış boşluğu doldurmaq mümkün olmur. Bu da göstərilən xidmətin səviyyəsini aşağı salır və çox çətinlik yaradır. Həkimlərimizin əksəriyyəti müqavilə ilə işləyir”.
Daha ətraflı İTV-nin süjetində: