Modern.az

Gələn ildən elektrik avtobusları fəaliyyət göstərəcək

Gələn ildən elektrik avtobusları fəaliyyət göstərəcək

Ölkə

18 Dekabr 2023, 11:44

Növbəti ildə Bakıda avtobusların elektrik avtobusları hesabına yenilənməsi layihəsinin icrası nəzərdə tutulub.

 

Modern.az-ın xəbərinə görə, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Azərbaycanda mobilliyin transformasiyası proqramının təqdimatı zamanı deyib.

 

“Bildiyiniz kimi, növbəti il Azərbaycan “COP-29”a ev sahibliyi edəcək. Növbəti ildən biz yeni elektrik avtobuslarını Bakı küçələrində daha sıx görəcəyik”, - Rəhman Hümmətov qeyd edib.

 

Bundan başqa, mövcud marşrut xətlərində avtobusların problemindən danışan R.Hümmətov əlavə edib ki, hazırda Bakıda 400-ə yaxın avtobus müasir tələblərə cavab vermir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...