Modern.az

Bütün Qarabağ bölgəsində Azərbaycan Bayrağı dalğalanır - Prezident

Bütün Qarabağ bölgəsində Azərbaycan Bayrağı dalğalanır - Prezident

Ölkə

21 Dekabr 2023, 14:16

Azərbaycan öz dövlət suverenliyini tam təmin etmişdir. Bütün Qarabağ bölgəsində bu gün Azərbaycan Bayrağı dalğalanır. Bu, böyük tarixi hadisədir.

 

Modern.az xəbər verir ki, bu fikri Prezident İlham Əliyev dekabrın 21-də futbol üzrə Azərbaycan Kubokunun səkkizdəbir final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında Xankəndi stadionunda keçirilən oyundan əvvəl çıxışında deyib.

 

“Bu tarix bizim qəlbimizdə əbədi yaşayacaq. Azərbaycan xalqı, dünya azərbaycanlıları bu Zəfər ilə bundan sonra əbədi fəxr edəcəklər”, - dövlətimizin başçısı bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama