Modern.az

Altı nəfərin namizədliyinin irəli sürülməsi TƏSDİQLƏNDİ

Altı nəfərin namizədliyinin irəli sürülməsi TƏSDİQLƏNDİ

Ölkə

21 Dekabr 2023, 16:13

Mərkəzi Seçki Komissiyası (MSK) daha 6 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiq edib.

 

Modern.az xəbər verir ki, bu barədə qərar Komissiyanın bu gün keçirilən iclasında qəbul edilib.

 

MSK aşağıdakı şəxslərin namizədliyinin irəli sürülməsini təsdiqləyib:

 

- Zahid Oruc - Namizədliyi özü tərəfindən irəli sürülüb;

- Fazil Mustafa - Namizədliyi Böyük Qurtuluş Partiyasının tərəfindən irəli sürülüb;

- Fuad Əliyev - Namizədliyi özü tərəfindən irəli sürülüb;

- Elşad Musayev - Namizədliyi namizədliyi Böyük Azərbaycan Partiyası tərəfindən irəli sürülüb;

- Qüdrət Həsənquliyev - Namizədliyi Bütov Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülüb;

- Razi Nurullayev - Namizədliyi Milli Cəbhə Partiyası tərəfindən irəli sürülüb.

 

Beləliklə, namizədliyinin irəli sürülməsi təsdiq edilən şəxslərin sayı 7-yə çatıb.

 

Xatırladaq ki, MSK dekabrın 19-da hakim Yeni Azərbaycan Partiyası tərəfindən İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləmişdi.

 

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI