Modern.az

ADU-da Çin kulinariya müsabiqəsi keçirilib - FOTOLAR

ADU-da Çin kulinariya müsabiqəsi keçirilib - FOTOLAR

22 Dekabr 2023, 12:18

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Çinin ənənəvi Dunçji (Qışın zirvəsi) bayramına həsr olunmuş tədbir keçirilib.

 

Modern.az xəbər verir ki, tədbirdə Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov ənənəvi Çin təqviminin ən mühüm günlərindən biri olan Dunçji bayramının xüsusi fəlsəfəsi və tarixi köklərindən danışıb. O, bayramın Çin mədəniyyətinin təsir etdiyi ölkələr üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib. R. Abbasov bayramın adət-ənənələri, Dunçji əfsanələri və mərasimləri barədə məlumat verib. O, Dunçji rəmzi olan Meixua gavalı çiçəklərinin uzunömürlülüyü, qışı və gözəlliyi təcəssüm etdirdiyini bildirib.

 

Sonra ADU-nun çinşünas tələbələri arasında Xan sülaləsi dövrünün məşhur həkiminin resepti ilə ailə birliyinin rəmzi olan bayram "tanyuan" şirniyyat şorbasının hazırlanması üzrə kulinariya müsabiqəsi keçirilib.

 

ADU-da Çin kulinariya müsabiqəsi keçirilib - FOTOLAR

ADU-da Çin kulinariya müsabiqəsi keçirilib - FOTOLAR

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan Azərbaycana şok MESAJ