Modern.az

Kəlbəcərlilərdən Prezidentə təbrik məktubu: Bütöv bir milləti xoşbəxt etdiniz!

Kəlbəcərlilərdən Prezidentə təbrik məktubu: Bütöv bir milləti xoşbəxt etdiniz!

Ölkə

22 Dekabr 2023, 15:40

Kəlbəcər rayon ictimaiyyəti Prezident İlham Əliyevi qarşıdan gələn ad günü münasibətilə təbrik edib.

 

Modern.az kəlbəcərlilərin Prezidentə təbrik məktubunu təqdim edir:  

 

“Hörmətli Cənab Prezident!

 

Hörmətli Müzəffər Ali Baş Komandan!

 

İki gün sonra xalqımızın Ümummilli Lideri Heydər Əliyev siyasətinin uğurlu davamçısı, Azərbaycan xalqının böyük oğlu, müzəffər sərkərdə, Prezidentimiz İlham Əliyevin, Sizin ad gününüzdür.

 

Sizin ad gününüz bütöv xalqımızın ad günüdür, onun üçün sevinc, toy-bayramdır. Dünyaya gəlişiniz bizim üçün Tanrının ən böyük lütfüdür. Sayənizdə Ermənistanın işğalı altında olan bütün torpaqlarımız, o cümlədən Kəlbəcər azad edildi. Yüz illər ərzində xalqımızın həsrətində olduğu qalibiyyəti, zəfəri ona bəxş etdiniz. Qürurumuzu özümüzə qaytardınız.

 

Qarabağımızı Azərbaycana qaytardınız.

 

Torpaqları işğal edilən xalqı Qalib Xalqa çevirdiniz.

 

Bütöv bir milləti xoşbəxt etdiniz.

 

Ərazi bötövlüyümüzü, suverenliyimizi bərpa etdiniz.

 

Bütün dünya azərbaycanlıları Sizinlə fəxr edir. Artıq Azərbaycanı bütün dünya qəbul edir, onunla hesablaşır.

 

Siz XXI əsrdə möcüzə yaratdınız.

 

Dünyanın ən böyük gücləri ilə üz-üzə gəldiniz. Geri çəkilmədiniz, qalıb çıxdınız.

 

Müasir dünyada öz xalqının əsl sərkərdəsi necə olur, öz xalqına xidmət necə olur, öz millətini sevmək necə olur suallarına dəmir iradəniz, xalqa söykənən siyasətiniz, dərin zəkanız, dünyəvi bilik və bacarığınızla ortaya qoydunuz, sübut etdiniz.

 

Sayənizdə Ulu Öndərimiz Heydər Əliyevin Azərbaycanla bağlı bütün arzuları gerçəyə çevrilir, ölkəmiz dünyaya günəş kimi doğur.

 

Məhz Sizin əzmkarlığınız sayəsində biz daha məcburi köçkün deyilik.

 

Bu günü bizə bəxş etdiyinizə görə Sizə ömürlük minnətdarıq. Sizin bu xidmətlərinizin qarşılığında nə qədər təşəkkür etsək, azdır.

Siz özünüz üçün heç zaman təmtəraqlı bir ad günü keçirməmisiniz. Bu günə qədər bütün ad günlərinizdə həyat yoldaşınız hörmətli Mehriban xanım Əliyeva ilə birlikdə sadə insanlarla, bizlərlə bir yerdə olmusunuz.

 

Bunu keçmiş məcburi köçkünlər olaraq biz yaxşı xatırlayırıq, heç zaman unutmayacağıq.

 

Xalqa olan sevginizi xalqın özü yaxşı anlayır. Siz xalqımızı bir övladınız kimi sevirsiniz. Xalqa xidmətləriniz ölçüyəgəlməzdir.

 

Doğum gününüzü ürəkdən təbrik edirik. Bu əlamətdar günlə bağlı xalqımızı təbrik edirik. Sizin doğum gününüz Azərbaycan xalqının Qələbə günüdür.

 

Böyük yaradandan Azərbaycanın gələcəyi, xalqımızın firəvanlığı yolunda Sizə tükənməz enerji, sağlam həyat təvəqqe edirik.

 

Tanrı Sizi Azərbycanın başı üzərindən heç zaman əksik eləməsin.

 

Siz Azərbaycan xalqının tarixinə elə bir imza, möhür vurmusunuz ki, min illər sonra da, əbədiyyətə qədər o imza qalacaq, o möhür yaşayacaq.

 

Bizim liderimiz, Prezidentimiz olduğunuz üçün özümüzlə fəxr edirik.

 

Azərbaycan xalqı sizinlə fəxr edir!

 

Qarşıdan gələn Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəyliyi gününü ilə bağlı Sizi ürəkdən təbrik edirik.

 

Qarşıdan gələn Prezident seçkilərində biz kəlbəcərlilər də bütün Azərbaycan xalqı kimi Sizin yanınızda olduğumuzu bir daha bəyan edirik.

 

Min yaşayın, hörmətli Prezidentimiz.

 

Kəlbəcər ictimaiyyəti adından:

Cavid Qurbanov, Elşad Eyvazlı, Şahlar Əsgərov, Əli Kazımov, Ələmdar Cəfərov, Əlövsət Ağalarov, Yusif Əhmədov, Mirsəyyaf Zamanlı, Malik Şükürov, Vəlyəddin İsmayılov, Yusif Hüseyn!

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...