Modern.az

Lənkəranda 20 yaşlı qız bıçaqlandı

Lənkəranda 20 yaşlı qız bıçaqlandı

Ölkə

24 Dekabr 2023, 19:01

Lənkəranda bıçaqlanma hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Lənkəran rayonunun Təngivan kəndində qeydə alınıb.

 

2007-ci il təvəllüdlü Valeh Asif oğlu Əliyev bibisi qızı 2003-cü il təvəllüdlü Sevgi Etibar qızı Əzimovanı bıçaqlayıb.

 

Yaralı ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər ona qarın divarının yarası diaqnozu qoyub və ilkin tibbi yardım göstəriblər. Sevgi Əzimova cərrahiyyə şöbəsinə yerləşdirilib.

 

Qeyd edək ki, yaxın qohumlar bir həyətdə yaşayırlar. Hadisənin hansı zəmində baş verdiyi araşdırılır.

 

Faktla bağlı araşdırma davam etdirilir.

Sizə yeni x var
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...