Modern.az

Qızılca peyvəndini kimlərə vurmaq olmaz? - AÇIQLAMA

Qızılca peyvəndini kimlərə vurmaq olmaz? - AÇIQLAMA

Ölkə

27 Dekabr 2023, 16:10

“Hazırda qızılca xəstəliyinin əsasən 17 yaşa qədər, eyni zamanda, tək-tək hallarda 40 yaşa qədər vətəndaşlar arasında qeydə alındığını nəzərə alaraq, peyvəndləmənin həmin yaşa qədər əhali arasında aparılması məqsədəuyğundur”.

 

Modern.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında “Qızılca” mövzusunda canlı yayımda Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva açıqlayıb.

 

A.Əliyeva qeyd edib ki, 40 yaşdan yuxarı olanlarda da qızılca əleyhinə peyvəndi olmayan və qızılca xəstəliyi keçirməyən, əsasən risk qrupuna aid olan tibb işçilərinə, ümumtəhsil və məktəbəqədər uşaq müəssisələrində işləyən, nəqliyyat və digər xidmət sahələrində çalışan şəxslərə də qızılca-məxmərək əleyhinə QM peyvəndi vurula bilər: “Qeyd edim ki, peyvəndlər aparılarkən tibbi əks-göstərişlər nəzərə alınmalıdır”.

 

O bildirib ki, hər bir peyvəndə əks göstəriş var, amma yumurta zülalına qarşı allergiyası olanlara peyvənd vurulmamalıdır. Direktor müavininin sözlərinə görə, əgər yüngül allergik vəziyyət varsa, bu, tibbi əks göstəriş sayılmır:

 

“Hər bir halda peyvənddən əvvəl pasiyentdən anamnez toplanır, həkim müayinəsindən keçirilir. Müayinə zamanı hər hansı tibbi əks göstəriş qeydə alınmazsa, onlara məxmərək, qızılca əleyhinə peyvənd vurula bilər. Yalnız yumurta zülalına qarşı allergiyası olanlara, qan xəstəliyi olanlara, bir neçə başqa xəstəliklərin müalicəsi dövründə mütəmadi dərman preparatları qəbul edənlərə peyvənd vurulmamalıdır. Əgər bir dəfə uşağa peyvənd vurularkən anafilaksiya (allergik şok) müşahidə edilibsə, təkrar ona bir müddət sonra eyni peyvəndi vurmaq qadağandır.


Eləcə də, ağır xəstəliklər keçirən şəxslər qızılcaya yoluxarlarsa, onlar xüsusi nəzarətdə saxlanılmalı və davamlı tibbi müşahidədə saxlanılmalıdırlar. Xəstəliyin müəyyən ağırlaşma mərhələləri ola bilir. Hər bir halda vəziyyəti həkim qiymətləndirməlidir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal