Modern.az

AzTV-nin toplantısında ürəyi partlayıb ölən şair: Mənəvi terrorun qurbanı

AzTV-nin toplantısında ürəyi partlayıb ölən şair: Mənəvi terrorun qurbanı

Ölkə

27 Dekabr 2023, 20:25

1989-cu ilin sentyabrın 7-də AZTV-də faciəli bir hadisə baş verdi. Radionun yerləşdiyi binanın zalında ermənilərin xalqımıza qarşı törətdiyi qətliam və zorakılıqlara etiraz əlaməti olaraq əməkdaşlar toplaşıb etiraz tolantısı keçirdilər. Məsələ belə qoyulmuşdu ki, ermənilərin bu davranışlarına cavab olaraq AZTV-də çalışan ermənilər işdən qovulsun.

 

Modern.az xatırladır ki, AZTV-nin sədri Elşad quliyev də iclasda iştirak edirdi. Bir neçə çıxışdan sonra rejissor işləyən tanınmış nəğməkar şair Hafiz Baxış da çıxış etmək istəsə də iki dəfə infarkt keçirdiyi üçün ona söz vermək istəmirdilər.Nəhayət tribunaya qalxıb alovlu bir çıxışa başladı.Bir qədər sonra ürəyini tutub yerə yıxıldı.Təcili yardım gələndə isə keçinmidi.Sumqayıtda çalıan yaxın qohumu polis idi və gəlib onun cənazəsini apardılar.

 

Hafiz Baxış əslən Qərbi Azərbaycandan- Qafan bölgəsinin Yuxarı Girətağ kəndindən idi.Qafandan, dədə-baba yurdundan insanlarımızın ermənilər tərəfindən qovulması onu əsəbləşdirir və səhhətində ciddi problem yaradırdı.

 

H.Baxış nəməkar şair idi onun yazdığı şeirlərə Ələkbər Tağıyev, Cahangir Cahangirov, Emin Sabitoğlu kimi bəstəkarlar mahnılar bəstələmişdi.Məşhur müğənnilər olan Zeynəb Xanlarova, Nisə Qasımova, Məmmədbağır Bağırzadə kimi müğənnilər onun sözlərinə yazılmış məşhur mahnılar ifa etmişdilər: "Azərbaycan oğluyam", "Sona bülbüllər", "Eşqimi sönməyə qoymaram" vəs.

 

Onun bir çox şeirləri xalq arasında çox məşhur idi..

 

Gəlin itirməyək dostları, qardaş!

Onsuz da çox deyil yaxşı dost, sirdaş.

Dostluq qalasından bir kərpic, bir daş

Uçurub aparır hər saat, hər il -

Bizim dost itirən vaxtımız deyil!

----

...Siz ey görüşünə gəldiyim ellər,

Qədrini əzəldən bildiyim ellər.

Doyunca danışıb-güldüyüm ellər,

Məni nə ötürün, nə yola salın-

Salamat qalın!..

 

Qeyd edək ki, hadisə barədə tanınmış tarixçi Nəsiman Yaqublu paylaşım edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal