Modern.az

Əli Əsədov Mişustinə zəng vurdu

Əli Əsədov Mişustinə zəng vurdu

28 Dekabr 2023, 15:02

Azərbaycan Baş naziri Əli Əsədov Rusiya hökumətinin sədri Mixail Mişustin ilə telefon danışığı aparıb.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabineti məlumat yayıb.

 

Bildirilib ki, hökumət başçıları Azərbaycan-Rusiya ticarət-iqtisadi əməkdaşlığının cari məsələlərini nəzərdən keçiriblər. Sənaye və nəqliyyat sahəsində qarşılıqlı əlaqələrin inkişafına xüsusi diqqət yetirilib.

 

Mixail Mişustin və Əli Əsədov Müstəqil Dövlətlər Birliyində və digər çoxtərəfli formatlarda birgə işi də müzakirə ediblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal