Modern.az

Sosial yardımlar 3 dəfə ARTIB

Sosial yardımlar 3 dəfə ARTIB

28 Dekabr 2023, 22:18

Son 5 ildə Azərbaycanda ünvanlı sosial yardımın aylıq məbləği 3 dəfə artıb.

 

Modern.az xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev sahibkarlara “Dayaq” mükafatının təqdim olunması mərasimində deyib.

 

Nazir bildirib ki, bu dövr ərzində Azərbaycanda minimum pensiyalar 2,5 dəfə, orta pensiyalar 2,1 dəfə, sosial müavinət və təqaüdlər 5 dəfə, ünvanlı sosial yardımın aylıq məbləği isə 3 dəfə artıb. “Bunlar çox böyük və əhatəli proqramlardır. Ümumilikdə bu sosial islahatlar 4 milyondan çox vətəndaşımızı əhatə edir. İllik məbləği 7 milyard manata bərabərdir. Bu rəqəm Azərbaycanın sosial siyasətinin ən bariz göstəricisidir”, - deyə nazir vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal