Modern.az

Paris Cənubi Qafqazda vəziyyəti qarışdırmaq istəyir - Keçmiş səfirdən şok AÇIQLAMA

Paris Cənubi Qafqazda vəziyyəti qarışdırmaq istəyir - Keçmiş səfirdən şok AÇIQLAMA

Ölkə

29 Dekabr 2023, 17:02

Ötən günlərdə Fransanın Azərbaycandakı səfirliyinin iki əməkdaşı “persona-non-grata” (arzuolunmaz şəxs) elan edilib. Bu ölkənin Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb. Fransa səfirliyinin iki əməkdaşının diplomatik statuslarına uyğun olmayan və “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən olunduğu Fransa səfirinin diqqətinə çatdırılıb.

 

Həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib və XİN-in müvafiq notası Fransa səfirinə təqdim edilib.

 

Qeyd edək ki, diplomatların ölkədən çıxarılması barədə qərar Fransa kəşfiyyatının Azərbaycandakı fəaliyyətinin ifşa olunmasından sonra verilib. Belə ki, Qərb mətbuatının mənbələrdən əldə etdiyi informasiyaya əsasən, araşdırma bir-biri ilə əlaqəli xüsusatlar şəbəkəsini aşkarlamağa imkan verən çox maraqlı aspektləri üzə çıxarıb, uzun illər Fransa casus şəbəkəsinin ştatdankənar əməkdaşı olmuş Fransa vətəndaşlarından biri könüllü olaraq Azərbaycan hüquq-mühafizə orqanları ilə əməkdaşlığa təşəbbüs göstərib.

 

Fransa isə Azərbaycanın qərarına cavab olaraq  Azərbaycan səfirliyinin iki diplomatını "arzuolunmaz şəxs" edib.

 

Türkiyənin təqaüddə olan diplomatı, Ankaranın Fransadakı keçmiş səfiri Uluç Özülker Modern.az-a açıqlamasında bildirib ki, uzun müddətdir Fransanın Türk dövlətərinə, xüsusilə də Azərbaycan və Türkiyəyə qarşı kəskin çıxışlarını görürük:

 

“Fransada çox böyük erməni diasporu fəaliyyət göstərir. Bunlar Türk dediyin zaman hər zaman başqa mövqe sərgiləyirlər. Mən orada fəaliyyət göstərərkən bunun çox şahidi olmuşam. Fransanın Ermənistan vasitəsi ilə də Cənubi Qafqaza təsiri hiss olunur.

 

Fransanın Türkiyə ilə də əlaqələri çox mənfidir. Bunu Suriyada, müstəmləkə ölkələrində çox yaxşı görürük. Amma bildirim ki, bu kimi hadisələr Fransa üçün yeni deyil. Fransa həmişə olduğu kimi özünün var olduğunu sübut etməyə çalışır. Amma bildirim ki, Fransanın keçmişdəki kimi heç bir təhlükəsi və təsiri yoxdur. İndi yenə də özünü Cənubi Qafqazda ayaqda tutmaq üçün Ermənistanı yenidən müharibəyə həvəsləndirir. Amma bildirim ki, bunun heç bir mənası olmayacaq. Çünki Ermənistan Rusiyanın icazəsi olmadan Fransa ilə bu qədər ciddi əlaqələr qura bilməz. Bildirim ki, Ermənistan yaxın zamanda sülh müqaviləsini bağlamağa məcbur olacaq. Bundan sonra isə Cənubi Qafqazda vəziyyət tamamilə dəyişəcək”.

 

Keçmiş səfir Fransanın ATƏT-in Minsk qrupundakı fəaliyyətindən də danışıb:

 

“Mən Fransada səfir kimi fəaliyyət göstərdiyimiz zaman Qarabağ məsələsini həll etmək üçün təsis edilən ATƏT-in Minsk qrupu ilə bir neçə dəfə görüşlər keçirimişəm. Nəticələrimə əsasən deyə bilərəm ki, bu birlik Ermənistanı dəstəkləmək üçün yaradılan boş qurum idi. Ona görə də deyə bilərəm ki, Fransanın niyyəti hər zaman Cənubi Qafqazda vəziyyəti dəyişmək və qarışdırmaq olub. Amma hazırda vəziyyət çox fərqlidir. Fransanın isə bursda heç bir təsiri olmayacaq”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI