Modern.az

Şəhid gizirimizin tabutunu həyat yoldaşı apardı - VİDEO

Şəhid gizirimizin tabutunu həyat yoldaşı apardı - VİDEO

5 Yanvar 2024, 22:40

Xəbər verdiyimiz kimi, Laçın rayonunda çətin relyefli dağlıq ərazidə ötən gün hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində şəhid olan hərbçimiz İsmayılov Həsən bu gün Gəncədə dəfn edilib.

 

Modern.az-ın məlumatına görə, dəfn mərasimində şəhidin yaxınları, şəhər ictimaiyyəti və hərbçilər iştirak edib.

 

İyirmi səkkiz yaşlı gizir Həsən İsmayılov ailəli idi. Onun iki övladı yadigar qalıb.

 

Dəfn mərasimi zamanı şəhid gizirin tabutunu onun həyat yoldaşı daşıyıb. 

 

İTV tərəfindən lentə alınan sözügedən görüntüləri təqdim edirik:

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal