Modern.az

Tokayev Azərbaycana gəlir

Tokayev Azərbaycana gəlir

9 Yanvar 2024, 17:12

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Azərbaycana səfər edəcək və Füzulidə Uşaq Yaradıcılıq Mərkəzinin açılışında iştirak edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel deyib.

 

"Yaxın zamanda Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana səfəri baş tutacaq. Səfər çərçivəsində prezident Füzulidə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışın mərasimində iştirak edəcək", - səfir deyib.

 

Xatırladaq ki, 2023-cü ilin martında işğaldan azad olunmuş Füzuli şəhərində Qazaxıstan tərəfindın inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin təməli qoyulub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal