Modern.az

Sabah Bakıya qar yağacaq

Sabah Bakıya qar yağacaq

12 Yanvar 2024, 13:00

Bakıda və Abşeron yarımadasında yanvarın 13-də havanın gün ərzində arabir yağıntılı olacağı, gündüzdən bəzi yerlərdə sulu qara, qara keçəcəyi gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, gün ərzində güclü şimal-qərb küləyi əsəcək.

 

Havanın temperaturunun anomal gedişi gözlənilir, belə ki, 12-dən 13-nə keçən gecə və gündüz 4°-yə yaxın isti, axşam saatlarında 0°-yə yaxın olacağı gözlənilir. Atmosfer təzyiqi 752 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq.

 

Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi rayonlarda arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 4-8° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal