Modern.az

Bakıda 4 dərəcə şaxta, rayonlarda qar - SABAHIN HAVASI

Bakıda 4 dərəcə şaxta, rayonlarda qar - SABAHIN HAVASI

Ölkə

14 Yanvar 2024, 12:56

Yanvarın 15-nə gözlənilən hava proqnozu açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağıntılı olacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 0-4° şaxta, gündüz 2-5° isti olacaq.

 

Yanvarın 15-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 2-7° şaxta, gündüz 1-6° isti olacaq, dağlarda gecə 13-18° şaxta, gündüz 3-8° şaxta olacaq.

 

Gecə və səhər yolların buz bağlayacağı ehtimalı var.

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal