Modern.az

Müdafiə Nazirliyində yeni təyinat: Atanın yerinə oğul gətirildi

Müdafiə Nazirliyində yeni təyinat: Atanın yerinə oğul gətirildi

Ölkə

15 Yanvar 2024, 10:19

Müdafiə Nazirliyinin Hərbi Orkestr xidmətinin rəisi, Xalq artisti general-mayor Yusif Axundzadə vəzifəsindən azad edilib.

 

Modern.az xəbər verir ki, generalı bu postda oğlu-Əməkdar İncəsənət xadimi, polkovnik Rüfət Axundzadə əvəz edib.

 

R.Axundzadə bu təyinatadək Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi orkestrinin rəisi idi.

 

Qeyd edək  ki, ölkədə hərbi orkestr məktəbini yaradan Yusif Axundzadə Prezidentin fərdi təqaüdçüsüdür. Silahlı Qüvvələrin Hərbi Orkestr Xidmətində ilk ali hərbi rütbəyə yüksələn general Axundzadə həmçinin 2021-ci ildə keçirilən Zəfər paradının marşını yazan dirijordur. (Qafqazinfo)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal