Modern.az

Azərbaycan əhalisi: Qadınlar kişilərdən çoxdur

Azərbaycan əhalisi: Qadınlar kişilərdən çoxdur

Ölkə

17 Yanvar 2024, 12:44

Azərbaycan əhalisinin sayı açıqlanıb.

 

Bu barədə Modern.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

 

Əhalinin son siyahıyaalınmasının nəticəsi əsasında 2023-cü il dekabr ayının 1-i vəziyyətinə hesablanmış əhalinin sayı 10 176 811 nəfər təşkil edib.

 

Məlumata görə, əhalinin 54,6 faizini şəhər, 45,4 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edib.

 

Qeyd edilir ki, ötən ilin 11 ayında ölkədə 54794 ölüm halı qeydə alınıb. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 6,0-dan 5,9-a düşüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal