Modern.az

Səlim Müslümovun 8 milyonluq əmlakı müsadirə edildi - SİYAHI

Səlim Müslümovun 8 milyonluq əmlakı müsadirə edildi - SİYAHI

Ölkə

17 Yanvar 2024, 18:35

Sabiq əmək və sosial müdafiə naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. Ona 5 il sınaq müddəti təyin olunmaqla 11 il müddətinə şərti cəza verilib.

 

Modern.az bildirir ki, hökmə əsasən, sabiq nazirin 8 milyonluq əmlakı da müsadirə ediləcək.

 

Sözügedən əmlakların bir hissəsi aşağıdakılardır:

 

-Binəqədi rayonu, Akademik Ziya Bünyadov prospektində yerləşən iki mənzil; 

 

-Səbail rayonu, Azadlıq prospektində yerləşən qeyri-yaşayış sahəsi; 

 

-Bakı şəhəri, Yasamal rayonu, Mirzə İbrahimov küçəsində mənzil; 

 

-Nərimanov rayonu, Oqtay Kərimov küçəsində iki ev; 

 

-Nərimanov rayonu, Məmməd Araz küçəsində ev; 

 

-Binəqədi rayonu, 6-cı mikrorayonda yerləşən 500 və 300 kv.m torpaq sahələri;

 

-Bakı şəhəri, Xətai rayonu, Rəsul Rza küçəsində yerləşən 300 kv.m olan qeyri yaşayış sahəsi.

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal