Modern.az

Qazilər seçkilərdə qalib sərkərdəyə SƏS VERƏCƏK

Qazilər seçkilərdə qalib sərkərdəyə SƏS VERƏCƏK

Ölkə

18 Yanvar 2024, 15:40

Fevral ayının 7-də Azərbaycanda prezident seçkiləri keçiriləcək.

 

Seçkilərin favorit lideri kimi İlham Əliyev görünür. İndiyə kimi bir sıra ictimai xadimlər, sənət adamları, ictimaiyyətin müxtəlif spektrlərinin nümayəndələri İlham Əliyevi dəstəkləyəcəklərini bildiriblər.

 

2020-ci ildə torpaqların azad olunması uğurunda vuruşmuş qazilərimizin də seçkilərdə kimi dəstəkləyəcəyi maraqlıdır.

 

Modern.az qazilər arasında bu istiqamətdə sorğu keçirib.

 

Son 200 ildə yeganə lider İlham Əliyevdir ki, torpaqları işğaldan azad edib...

 

Saytımıza açıqlamasında qazi Şamxal Ağayev İlham Əliyevə səs verəcəyini söyləyib:

 

“Mən xüsusi təyinatlı qüvvələrin zabitiyəm. Qalib ordunun tək qalib sərkərdəsi var. Bundan başqa söhbət ola bilməz. Bu seçkilərdə cənab Ali Baş Komandan İlham Əliyev yenidən seçiləcək, inşallah. Mən Şuşaya girən zabitlərdənəm. Şuşada gedən döyüşlərdə yaralanmışam. Allah ölkə rəhbərini, dövlətimizi qorusun. Son 200 ildə  torpaqları işğaldan azad edən yeganə lider İlham ƏIliyevdir. Baxmayaraq ki, mən döyüşlərdə canımı ortaya qoymuşam. Şuşa döyüşlərində yalan olmasın 200-dən çox ermənini məhv etmişəm. Cənab çox işlər görüb. Yeganə namizəd məhz İlham Əliyevdir”.

Ş.Ağayev onu da qeyd edib ki, İlham Əliyev qazilərə xüsusi diqqət və qayğı göstərir:

 

“Cənab Ali Baş Komandan hər çıxışında bildirib ki, ordunun təchizat baxımından nə qədər müasir olmasından asılı olmayaraq döyüşü əsgər və zabitlərimiz qazanıb. Özünün bilavasitə marağındadır ki, şəhid ailələrinə və qazilərə yüksək səviyyədə diqqət göstərir. Hər çıxışında tapşırır ki, yerli ərazi icra nümayəndələri, bütün məmurlar  şəhid ailələri və qazilərlə maraqlansınlar. Bu adam hər sahədə diqqətcildir.  Torpaqlar uğrunda can qoyan oğlanları  isə xüsusi qiymətləndirir. Bu yaxınlarda 243 şəhid və qazi ailəsi evlə təmin olundu. Bu, birbaşa cənab Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə baş tutdu”.

 

İlham Əliyevin sayəsində qələbəni yaşadıq...

 

Qazi Elşad Təhməzov da İlham Əliyevə səs verəcəyini deyib:

 

“ Azərbaycan torpaqlarının işğaldan azad edilməsi və suverenliyimizin bərpa olunmasının analoqu yoxdur. Bunun da səbəbkarı cənab Ali Baş Komandan İlham Əliyevdir. Bir hərbçi, bu işin içində olan adam kimi bunu deyə bilərəm. Onun komandanlığı altında qələbəni yaşaya bildik və yaşadıq. Səsim cənab Ali Baş Komandan İlham Əliyevədir”.

 

Elşad Təhməzov prezidentin qazilərə diqqət və qayğısını yüksək qiymətləndirib:

 

“Cənab İlham Əliyev tərəfindən qazilərə göstərilən diqqət  göz qabağındandır. Dekabrın 30-da mən əlil  olduğuma görə dövlət tərəfindən mənzillə təmin olundum. Bunun özü böyük diqqət və qayğıdır. Eyni zamanda qərar var  ki, şəhid ailələri və qazilərin hamısı 2024-cü ilin sonuna qədər evlə təmin olunmalıdır”.

 

Təbii ki, qalib sərkərdəyə səs verəcəm...

Digər bir qazi Araz Məlikov torpaqların azad olunmasını və görülən digər mühüm işləri nəzərə alaraq İlham Əliyevə səs verəcəyini deyib.

 

Qazi Elvin İbadov İlham Əliyevə səs verəcəyini vurğulayıb:

 

“Başqa kim var? Cənab Ali Baş Komandan İlham Əliyev torpaqları işğaldan azad edib. Son 200 ildə Azərbaycan torpaq itirə-itirə gəlirdi. Nəhayət, itirilən torpaqlar azad olundu. Bunda da  o kişinin rolu böyükdür”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal