ABŞ Ermənistan və Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir.
Modern.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə deyib.
O qeyd edib ki, son bir ildə İrəvan və Bakı ciddi irəliləyişlər əldə edib.
Diplomat tərəfləri bu sürəti saxlamağa və sülh müqaviləsi bağlamağa çağırıb:
“Ümid edirik ki, Ermənistan və Azərbaycan bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanıyan davamlı sülh müqaviləsi imzalayacaqlar”.