Azərbaycan Ordusunda 2023-cü il ərzində 143 taktiki-xüsusi təlim keçirilib.
Modern.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyində keçirilən görüşdə məlumat verilib.
Məlumata görə, ötən il 261 taktiki, 8 taktiki uçuş, 7 gəmi-döyüş, 4 komanda-qərargah səfərbərlik təlimi, komando başlanğıc və snayper hazırlığı kursları baş tutub.
Bildirilib ki, hərbi qulluqçularımız Azərbaycanda və digər ölkələrdə keçirilən 21 beynəlxalq təlimdə iştirak edib.