Modern.az

Quba və İsmayıllının “vurulan” icra başçıları - onlar hardadı?

Quba və İsmayıllının “vurulan” icra başçıları - onlar hardadı?

27 Sentyabr 2013, 13:39

Rauf Həbibov və Nizami Ələkbərov - vaxtilə biri Quba, digəri İsmayıllı rayonunun icra başçısı idi. Onlar Azərbaycanın həssas, eyni zamanda gəlirli bölgələrinə rəhbərlik edirdilər. Siyasi kursları eyni olan icra başçılarının nə dərəcə yaxınlıq əlaqələri daşıdıqlarını deyə bilməsək də, aqibətləri oxşar sonluqla bitdi. Vəzifədən sui-istifadə, vətəndaş etirazları və istefa...

Hər iki icra başçısı eyni səhvə yol verdi, nəticədə “yumruq yeyən” vətəndaş onları bağışlamadı.

Quba və İsmayıllı rayonları bir-birlərinə çox oxşayır. Hər ikisi eyni coğrafı mövqedə yerləşir, hər iki rayonda əhalinin bir qismi azsaylı xalqlardan ibarətdir. Bu rayonların təbiəti kimi, insanları da bir-birindən çox fərqlənmirlər.

Zaman elə gətirdi ki, Quba və İsmayıllıda oxşar hadisələr yaşandı. Hər iki rayon kütləvi vətəndaş etirazı və kütləvi qarşıdurma ilə bütün ölkəyə səs saldı.

Quba və İsmayıllıda baş verən olaylar hər kəsə məlumdur. Onları yenidən analiz etməyə ehtiyac yoxdur. Sadəcə, qısa xatırlatma yerinə düşər.

Əslən Lənkəran şəhərindən olan Rauf Həbibov prezident İlham Əliyevin sərəncamı ilə 2007-ci il oktyabrın 1-dən Quba rayon İcra Hakimiyyətinin başçısı təyin oldundu, ta 2012-ci ilin fervalına kimi bu vəzifədə çalışdı.
İlk günlər xalqın gözündə fədakar obrazı yaradan R.Həbibov fəaliyyətə başlar-başlamaz Qubada təmir-bərpa işlərinə start verdi. Onun rayon camaatı ilə xoş münasibət yaratması qubalıların da  ürəyincə idi. Həbibov qısa müddət ərzində Qubada bir sıra yeniliklərə imza atdı. Bu danılmazdır. O əməlləri ilə yerki əhalinin inamını qazana bildi. Hamı onu “Qubanın xilaskarı” kimi qələmə verirdi. Amma sonradan yaranan məmur hərisliyi sonda Həbibovu əhalinin sevgisindən məhrum etdi.
Bir səhv-söyüş Rauf Həbibovun sonuna çıxdı. Xalqın çörəyini yeyən Həbibova qubalılar qeyrətlərini çöldən tapmadıqlarını sübut etdilər.

Nizami Ələkbərov da oxşar taleni yaşadı. Fərq yalnız bu oldu ki, Ələkbərov öz yaxınlarının hoqqalarının güdazına getdi.
Həm İsmayıllı əhalisi, həm də ölkə başçısı onu bağışlamadı.

O hadisələrdən xeyli vaxt ötüb, son aylar Rauf Həbibov və Nizami Ələkbərov nə səs var, nə də soraq.

Modern.az saytının əməkdaşı “qəhrəmanlar”ın aqibəti ilə maraqlanıb.

Əldə etdiyimiz məlumata görə, Rauf Həbibov “Quba hadisələri”ndən sonra bu rayonda gözə görünməyib. Onun hazırda harada olduğu haqda dəqiq məlumat yoxdur. Kimi Bakıda, kimi də xaricdə olduğunu söyləyir. Hətta Qubanın deputatları Rauf Həbibovdan xəbərsizdirlər.
Qubalı deputatları məlum olaylardan sonra Rauf Həbibovla əlaqələrinin olmadığını bildiriblər. Həbibovun Qubadakı dəbdəbəli villa və digər obyektlərinin isə onun yaxın adamları tərəfindən idarə edildiyi güman olunur.
Bəzi məlumatlara görə, Rauf Həbibov vəzifədə olduğu zaman qurduğu biznesini davam etdirir və bununla əlaqədar xaricə də gedib-gəlir.

İsmayıllının keçmiş icra başçısı Nizami Ələkbərovun da hazırda bizneslə məşğul olduğuna dair məlumatlar var. O, İsmayıllıda sahibi olduğu torpaq sahələrini, imarətini çoxdan satıb.
Nizami Ələkbərovun vəzifədən getdikdən sonra bir neçə dəfə İsmayıllıda görənlər olub. Bir neçə ay bundan öncə onun İsmayıllıda dostları ilə görüşdüyü də bildirilir.
Məlumatlara görə, N.Ələkbərov da artıq İsmayıllı ilə əlaqəsini kəsib...

Anar RÜSTƏMOV

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi