Modern.az

Bakıdan Sumqayıta marşrut: Qiymət açıqlandı - VİDEO

Bakıdan Sumqayıta marşrut: Qiymət açıqlandı - VİDEO

Ölkə

19 Yanvar 2024, 14:22

Xəbər verdiyimiz kimi, “BakuBus” MMC yanvarın 21-dən Bakı-Sumqayıt marşrut xətti üzrə fəaliyyətə başlayacaq.

 

Qurumun məlumatına görə, ekspres marşrut xətti Bakı Avtovağzalından Sumqayıt Avtovağzalına və əks istiqamətə olacaq. Bu xəttə buraxılacaq avtobuslar komfortlu nəqliyyat vasitəsi hesab olunur.

 

Hər biri 48 oturacaqdan ibarət olan avtobuslarda sərnişinlərin yüklərini yerləşdirə bilmələri üçün baqaj bölməsi də mövcuddur.

 

Bəs, marşrutların interval müddəti neçə dəqiqə olacaq? Vətəndaşlar bu avtobuslardan istifadə zamanı nə qədər ödəniş edəcək?

 

Modern.az məsələni aydınlaşdırmaq üçün “BakuBus” MMC ilə əlaqə saxlayıb.

 

Saytımıza açıqlamasında “Baku Bus” MMC-in mətbuat katibi Əsmər Əliyeva bildirib ki, xidmət haqqı 80 qəpik olacaq:

 

"Bakı-Sumqayıt marşrut xətti üzrə dayanacaqlar Bakı Beynəlxalq Avtovağzal Kompleksi, Avtovağzal m/st,Ceyranbatan qəsəbəsi,Sumqayıt dairəsi, Bağçalı evlər y/k və Sumqayıt Avtovağzalında olacaq. İnterval 11 dəqiqə, pik saatlar 7-8 dəqiqə olacaq. Səhər Sumqayıtdan ilk çıxış 5:50, Bakıdan çıxış isə 6:30, Axşam Bakıdan son çıxış - 23:00, Sumqayıtdan son çıxış  isə 22:20-də olacaq. Gediş haqqı 80 qəpik olacaq".

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal