Modern.az

Yağıntılı hava davam edir, yollar buz bağlayacaq - Faktiki hava

Yağıntılı hava davam edir, yollar buz bağlayacaq - Faktiki hava

Ölkə

24 Yanvar 2024, 09:20

Azərbaycanda yağıntılı hava şəraiti davam edir.

 

Modern.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

 

Onun sözlərinə görə, hazırda Bakıda və Abşeron yarımadasında qar yağır, axşama doğru tədricən kəsiləcək:

 

"Havanın temperaturu 1 dərəcə isti olub, axşam saatlarında 0 dərəcəyə yaxın olacaq. Yağıntılı hava şəraiti və arabir güclənən şimal-qərb küləyi ilə əlaqədar yollarda görüş məsafəsi məhdudlaşacaq. Gecə və səhər saatlarında şəhərin nisbətən yüksək ərazilərində yolların buz bağlayacağı ehtimal olunur".

 

G.Məmmədov qeyd edib ki, bölgələrdə də yağıntılar davam edir: "Bəzi yerdə qar yağır, ayrı-ayrı yerlərdə isə yağıntılar intensiv xarakterlidir. Axşama doğru bölgələrdə də yağıntılar tədricən kəsiləcək. Gözlənilən yağıntılı və şaxtalı hava şəraiti ilə əlaqədar yolların buz bağlayacağı ehtimal olunur".

 

O qeyd edib ki, yanvarın 25-də paytaxtda, eləcə də bölgələrdə hava şəraitinin sabit, gün ərzində əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal