Modern.az

Prezident Məhərrəm Əhmədovla bağlı sərəncam İMZALADI

Prezident Məhərrəm Əhmədovla bağlı sərəncam İMZALADI

24 Yanvar 2024, 14:54

Məhərrəm Camal oğlu Əhmədov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

 

Modern.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

 

Sərəncama əsasən, o, Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə, təltif edilib.

 

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdir müavini vəzifəsində çalışan Məhərrəm Əhmədov sabah 70 yaşını qeyd edəcək.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal