Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsi təsdiqlənməyib. Belə ki, almaniyalı deputat Frank Şvabenin Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi ilə bağlı təklifi dəstəklənib, qərar qəbul edilməsi üçün Monitorinq Komitəsinə göndərilib.
Komitə qərarı dəstəkləyib. Qeyd edək ki, bəzi avropalı parlamentarilər Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini sual altına alaraq, nümayəndə heyətimizə qarşı ağlasığmaz ittihamlarla çıxış ediblər. Bunu nəzərə alaraq Azərbaycan nümayəndə heyəti AŞPA-da geniş, ətraflı bəyanat yayıb.
AŞPA-da mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib. Nümayəndə heyəti bəyanatı səsləndirəndən sonra məkanı tərk edib.
Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc qərarın gözlənilməz olmadığını bildirib:
“Bu qərar mənim üçün gözlənilməz olmadı. Son 23 il ərzində Azərbaycana müəyyən geosiyasi qərarları qəbul etdirmək, hər hansı dövlətin bölgədəki maraqlarını icra etdirmək və bizi region dövlətləri ilə toqquşdurmaq mərhələlərində belə təxribatları görmüşük. Konkret olaraq, Avropanın böyük mütəfəkkirlərinin ideyaları ilə formalaşan parlament platforması öz özlüyündə dəyənək, müxtəlif dövlətlərə qarşı hücum silahıdır. Bunu sübut etmək üçün çox da tarixə getmək lazım deyil. Fransada sarı jiletlilər hərəkatı illərdir ki, meydanlarda öz hüquqları uğrunda mübarizə aparır. Bastiliya hücumunu təşkil edir və deyirmi ki, burada hökümət vətəndaşlarının hüquqlarını pozur, edilənlər azadlıq ideyalarına qarşı hərəkatdır, biz bunu qəbul etməməliyik. Belə bir hadisə olmayıb. Bizim üçün 2020-ci ildəki 44 günlük müqəddəs savaşdan heç bir ay keçməməiş dekabrın 2-də-3-də Qarabağın tanınması istiqamətində cəhdlər nə demək idi? Bu zamana hələ oradakı ermənilər də könüllü köç aksiyasını həyata keçirməməmişdilər. Onların nə haqqı vardı ki, bizim işğala qarşı dirənişmizi, azadlıq uğrunda mübarizəmizi, əslində xilaskarlıq hərəkatını o şəkildə cəzalandıralar və bizi sansksiyalara məruz qoyalar. 90-ci illərdəki eyforik durumda xalqımız həmin demokratiya paytaxtlarının bizim haqq işimizi müdafiə edəcəklərini və Ukrayna üçün təşkil etdikləri müdafiə istehkamlarını bizim üçün də quracaqlarını düşünürdü. Belə bir illuziya vardı. Zaman keçdikcə, bunların bütün mübarizələrnin öz iqtisadi mənafelərini güdmək üçün olduğunu gördük. Başqa niyyətləri yoxdur. Ona görə də indiki dövrdə ölkəmizə qarşı atılan addımların məqsədi qələbəmizi oğrulamaq, onu əlimizdən almaq və bizi keçmişdəki kimi saxlamaqdır. Region Qarabağsız onların nəzərində idarə olunmur. Biz 27 sentyabr 2020-ci ildə sən demə Fransasız, Amerikasız,Almaniyasız və qeyri ölkələrsiz qərar vermişik”.
Deputat sadə azərbaycanlıların bunu hökumətə və dövlətə qarşı addım kimi saymadığını söyləyib:
“Ona görə də bizi səs hüququndan məhrum etməklə xalqımızın səsi susdurula bilməz. Xalqımızın səsi hər yerdə eşidiləcək. Parlament heyətimizin qeyri-müəyyən müddətə oradakı təmsilçiliyi dayandırmaqla bağlı qərarı doğruydu və yerindəydi. Bu mənada Avropanın illərlə həyata keçirdiklərini pik həddə çatdırması və bunu açıq-aşkar həyata keçirməsi onların tam simalarını göstərən hadisədir. Sıravi insanımız qəti bir şəkildə bunu hakimiyyətə qarşı, dövlət rəhbərliyinə qarşı addım saymır. Sorğu keçirilsə, bu aydın olacaq. Hamı deyir ki, axı biz Fransaya hücum etməmişik, bizim Fransada qoşunumuz yoxdu axı. Beynəlxalq münasibətlər sistemində anti-kolonial hərəkatı son aylar təşkil etməkdən kənarda bizim indiyə qədər Fransaya bir nüvə dövlətinin mənafelərinə zərbə vurmaq adı ilə hər hansı birliklərdə yer almaq, koalisyalarda təmsil olunub, Fransanı əzmək kimi niyyətimiz olmayıb. Gerçəkdən də sadə insanlar sual edir ki, bizdən nə istəyirlər? Hansısa dövlət bizimlə bərabər qəsəbə demirik, kəndi də artıq sayırıq,lakin bir evin tikintisini aparırmı? Ona görə də Azərbaycanın səsini almaq istəmək qəti şəkildə onun siyasi aktdırsa, onun gələcək dövr üçün hər hansı səmərəsi yoxdur. Ölkəmiz beynəlxalq münasibətlər sistemində qoruyub saxlayacaqlar”.
Zahid Oruc Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycana qarşı insan haqları ilə bağlı səsləndirilən fikirlərə də münasibət bildirib:
“Ən böyük insan haqları məsələsi millətimizin 1 milyonun 30 il köçkün yaşamasıdır. Həmin şura heyəti yataqxanalarda həyatı məhv olan, onlarla xəstəliyə düçar ola biləcək vəziyyətdə yaşayan bu adamların dərdini, qayğısını nə zaman bölüşmüşdü. İndiyə kimi Strasburqdan böyük heyətlərin gəlib, axı bu laçınlı, kəlbəcərli, yaxud ağdamlı hansısa məhdudiyyətlər altında niyə yaşayır? deyə sorğu edibmi? Yeraltı qazmalar, kiy kərpicli evlər, az qalsın qamış səhraları bizim ölkəmizin həyatına, adına uyğun idimi? 1989-cu ildə bu millətin yaşadıqlarını bizimlə birlikdə kim çəkib? İnsan haqları, bu gün istənilən ölkəyə hökmdarlıq etmək üçün Qərb dövlətlərinin əlində silahdır. Heç kəs iddia etmir ki, bizdə hər hansı məmur vətəndaşın hüququnu pozmur,yaxud məhkəmə sistemimiz idealdır. Əsla. Hər bir cəmiyyətin özünəməxsus bu cür çətinlikləri mövcuddur. Biz dövlət quruculuq prosesinin hələ 32-ci il mərhələsindəyik. Əhalimizin 40 faizinin yaşı 33-dən yuxarıdır. Bu minvalla biz dövlətimizdən daha yaşlıyıq. Belə olan şəraitdə heç şübhəsiz hər bir sahədə, şəhid ailəsinin də, qazinin də, qeyri vətəndaşlarımızın da hüququ müxtəlif səviyyələrdə pozula bilər. Ancaq bunun ən böyük göstəricisi birinci növbədə illərlə işğal altında yaşamaq durumu idi. Bəlkə problemlərin çoxu da ondan qaynaqlanırdı. İndi biz torpaqlarımıza qayıdırıq. Kimsə gəlib dəstək verib, digər tətəfdən məmurla insanımız arasında, ya siyasi aktın, yaxud mətbuat orqanının azad fəaliyyətinə qarşı hansısa bir hökumət qurumunun ciddi məhdudiyyəltəri olduğunu deyir və buna irad bildirirsə, bunu obyektiv sayarıq. Deyərik ki, gerçəkdən də onlar məsələni hər iki tərəfdən görürlər və balanslı qiymətləndirirlər. 10 illər ərzində müxtəlif insanların ətrafında müdafiə istehkamı qurublar. Guya onların həmin adamlara canı yayırlar. Sözügedən şəxslərin hakimiyyətlə münasibətləri normallaşan kimi əllərini o adamlardan çəkirlər 100-lərlə belə nümunə göstərmək olar. Kim ki, hökumətin, dövlətin düşməni kimi özünü aparırsa, onun maliyyələşməsində heç bir problem yoxdur. Dəstəkləyəcəklər. Onlar Suriyayla Livyaya da insan haqları adı ilə daxil olmuşdular. Amma yüz minlərlə insan o məhrumiyyətləri yaşayırlar. Ona görə də hesab edirəm ki, qərar vermədə bizim üçün tərəddüd yoxdur”.
Komitə sədri onu da qeyd edib ki, bu 30 ildə həm də bu qüvvələrin iradəsi yarılaraq, qələbə qazanılıb:
“İndiki halda Avropa Şurasının bizə lazım olmadığını, Qərbdən qopub üzümüzü Şərqə, hansısa üçüncü qitələrə çevirdiyimizi iddia etmirik. Qərb ümumiyyətlə, Strasburqdan və Avropa Şurasından ibarət deyil. Orada onlarla dövlət var. Bu böyük ailənin içərisində, xüsusilə də xalqlar bizim millətimizə rəğbətlə, ehtiramla yanaşır. 21-ci əsrin tək qalib xalqı bizik. On illərin qlobal probleminin həlli millətimizin və ordumuzun iradəsi ilə həll olunub. İndi nə demək istəyirlər? Qələbəmizə qarşı sanksiya tətbiq edərək, prosesi hara qədər aparmaq istəyirlər? Ən qısa dövrdə erməni müddəaları ilə aktlar qəbul edənlər deyəcək ki,Ermənistana səfər edib oradan böyük nümayəndə heyətilə Qarabağa yüzlərlə,yaxud minlərlə ermənini qaytaracağıq. Buna da gedəcəklər. NATO-nun hazırlığı da ondan ibarətdir. Avropa Birliyinin 209 kəşfiyyat heyətini gətirib sərhəddə ona görə saxlayırlar. Onda siz bunların siması xalqımıza daha da aydın olacaq. 30 il ərzində bir köçkünümüzün Cəbrayıla qayıdışına kömək etməyən qüvvələr indi hamısı demokrat olub və bizi mühakimə edirlər. Bir daha söyləyirəm ki, ölkə içərisində 10 köçkünə kömək etsələr, onunla paralel bir yerli vətəndaşın məhkəmədə, prokurorluq orqanında haqqı tapdalanarkən bunu dilə gətirsələr, bütün mətbuat orqanları görəcək ki, ortada gerçəkdən də bir obyektivlik var, ədalət var. Bunların isə sanki hər gün səhər işə gələndə bir mənbədən aldıqları məlumatlar əsasında Azərbaycan əleyhinə daha hansı bəyanatı qəbul etmək olar fikri var. Dünənki qərar sülh müqaviləsinə də vurulan zərbədir. Qərb regionda sülhün və barışın əldə olunmasına qəti şəkildə qarşıdır. Çünki 2020-ci ilin 27 sentyabrında onlar oyanıblar ki, Azərbaycan savaşı başlayıb və onlar kontur hərəkətlər edənə qədər biz qələbə qazanmışıq. Geopolitik qüvvələr nisbəti dəyişib. Qərb özünü regiondan çıxarılmış kimi hiss edir. Moderatorluq adı ilə nəyin bahasına olursa-olsun regiona qayıtmağa cəhd edir. Ona görə də bu cür aktlarla bizi Rusiyaya, İrana və Türkiyəyə qarşı qaldırmaq, nəticə etibarilə hökuməti Brüsseldən idarə etmək üçün bir plandır. Qərbin demokratiya siması mənim fikrimcə Ukraynadır. Milyonlarla insan ölkəsini tərk edib, 250 milyardın üzərində yardımlar ediblər. Ancaq nəticə göz qabağındadır. Həqiqətən də, sonuncu ukraynalı qalana qədər savaş proqramı seçiblər. Makronun bir ifadəsini mütləq işlətməliyəm. O deyir ki, “Avropa dövlətlərinin sakit yaşaması üçün biz Ukraynaya kömək etməliyik”. Təsəvvür edirsiniz? Bu xalqın faciəsi, savaşı olmasa, sən demə Qərb ölkələrində sülh, əmin-amanlıq olmazmış. Buunlar məsələyə belə baxır. Millətimiz ona görə bunu da bilsin ki, biz 30 ildə eyni zamanda bu qüvvələrin iradəsini yararaq qalib gəlmişik. Qələbə yalnız hərbi meydanda olmayıb".