Modern.az

AŞPA-nın Azərbaycanla bağlı qərarını yanlış hesab edirik! - Türkiyədən sərt BƏYANAT

AŞPA-nın Azərbaycanla bağlı qərarını yanlış hesab edirik! - Türkiyədən sərt BƏYANAT

Ölkə

26 Yanvar 2024, 10:20

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsi təsdiqlənməyib. Belə ki, almaniyalı deputat Frank Şvabenin Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi ilə bağlı təklifi dəstəklənib, qərar qəbul edilməsi üçün Monitorinq Komitəsinə göndərilib.

 

Komitə qərarı dəstəkləyib. Qeyd edək ki, bəzi avropalı parlamentarilər Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini sual altına alaraq, nümayəndə heyətimizə qarşı ağlasığmaz ittihamlarla çıxış ediblər. Bunu nəzərə alaraq Azərbaycan nümayəndə heyəti AŞPA-da geniş, ətraflı bəyanat yayıb.

 

AŞPA-da mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib. Nümayəndə heyəti bəyanatı səsləndirəndən sonra məkanı tərk edib.

 

Modern.az-a açıqlamasında Türkiyə Böyük Millət Məclisində (TBMM) hakim Ədalət və İnkişaf Partiyasını (AKP) təmsil edən deputat Şamil Ayrım bildirib ki, Azərbaycandakı seçkilər bəzi Qərb ölkələrini narahat edir.

 

"Azərbaycan ilk dəfə ərazi bütövlüyünü bərpa edərək seçkilər keçirəcək. Amma erməni diasporunun aktiv olduğu bəzi ölkələr Azərbaycanın bu yüksəlişini həzm edə bilmir. AŞPA-nın Azərbaycana qarşı atdığı addım da bunun nəticəsidir. Hazırda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması istiqamətində danışıqlar aparılır. Hər iki tərəf sülh müqaviləsinin bağlanmasına yaxınkən Fransa, Avropa Şurasına üzv olan digər dövlətlər müqavilənin bağlanmasına qarşı çıxmağa başlayıb", - o qeyd edib.

 

Türkiyəli deputat vurğulayır ki, bu ölkələr Ermənistanı yenidən sillahlandırmaqla münaqişəyə sürükləyir:

 

"Fransa və digər ölkələr regionda sülhün olması üçün maraqlı deyil. Tərəflər arasında gərginliyi davam etdirmək üçün əlindən gələn hər bir addımı atırlar. AŞPA-da qəbul olunan bu qərar da belə addımlardan biridir. Ona görə də biz Türkiyə olaraq bu qərarı yanlış hesab edirik. İllərdir Afrikanı talayan, sonra da qovulan Fransa Ermənistan vasitəsi ilə Cənubi Qafqazda yer açmağa çalışır. Bunların heç bir hökmü yoxdur, vacib olan bizim birliyimizin davam etməsidir”,- deyə o bildirib.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI