Modern.az

Separatçı başçıların həbs müddəti UZADILDI

Separatçı başçıların həbs müddəti UZADILDI

Ölkə

25 Yanvar 2024, 17:46

Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən həbs edilən qondarma "artsax"ın başçıları Arkadi Qukasyan, Bako Saakyan, Arayik Arutyunyan, "sabiq xarici işlər naziri" David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan barəsində seçilmiş həbs qətimkan tədbirlərinin müddətinin uzadılması ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsinin vəsatətlərinə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatlarına baxılıb.

 

Modern.az xəbər verir ki, Binəqədi rayon Məhkəməsi təqdimatları təmin edib və onların hər biri barəsində həbs qətimkan tədbirinin müddətini daha 4 ay uzadıb.

 

Qeyd edək ki, istintaqı Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən aparılan cinayət işi üzrə separatçı rejimin ümumilikdə 15 nəfər üzvü məsuliyyətə cəlb olunub. Həmin şəxslər barəsində müxtəlif illərdə Baş Prokurorluq tərəfindən cinayət işi açılıb və beynəlxalq axtarış verilib. Ötən ilin sentyabrında keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağdakı qondarma rejimin başçıları Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, "sabiq xarici işlər naziri" David Babayan, “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və "keçmiş dövlət naziri” Ruben Vardanyanı həbs edərək Bakıya gətirib.

 

Separatçılar sülh və insanlıq əleyhinə, müharibə cinayətlərində, terrorçuluqda, terrorçuluğu maliyyələşdirmədə, qətl, qanunsuz silahlı birləşmə yaratmaqda və s. cinayət əməllərində təqsirləndirilirlər.


Qeyd edək ki, Ruben Vardanyanın barəsində həbs qətimkan tədbirinin müddəti Səbail rayon Məhkəməsi tərəfindən daha 4 ay uzadılıb.(APA).

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu