Modern.az

Bundan sonra da birlikdə və bərabər olacağıq - Türkiyə MN

Bundan sonra da birlikdə və bərabər olacağıq - Türkiyə MN

Ölkə

25 Yanvar 2024, 18:24

1990-cı il yanvarın 20-də Azərbaycanda törədilən, “Qara Yanvar” kimi tanınan qətliamda şəhid olanların xatirəsini yad edir, Azərbaycanla bundan sonra da birlikdə və bərabər olacağımızı vurğulayırıq.

 

Modern.az xəbər verir ki, bu sözləri Türkiyənin Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri, kontr-admiral Zeki Aktürk deyib.

 

Aktürk bildirib ki, Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən son bir həftədə İraq və Suriyanın şimalı da daxil olmaqla, ölkədaxili və sərhədyanı əməliyyatlarla 82 terrorçu zərərsizləşdirilib.

 

PKK/KCK/PYD-YPG, İŞİD və FETÖ başda olmaqla, bütün terror təşkilatlarına qarşı əməliyyatlarla ötən il yanvarın 1-dən indiyədək zərərsizləşdirilən terrorçuların sayı 2478-ə çatıb.

 

Terrorçular tərəfindən Suriyadakı əməliyyat bölgələrində yaradılan təhlükəsizlik və sülh mühitini pozmağa yönələn təxribat və hücum cəhdləri davam edir. Son həftədə 17 təxribat və hücum cəhdi olub. Görülən cavab tədbirləri nəticəsində 56 terrorçu zərərsizləşdirilib.

 

Bildirilib ki, son bir həftədə qeyri-qanuni yollarla Türkiyə sərhədlərini keçməyə cəhd edən, 3-ü FETÖ, 1-i PKK/YPG, 4-ü isə İŞİD üzvü olmaqla, ümumilikdə 191 nəfər saxlanılıb, 6430 nəfərin sərhədi keçməsinin qarşısı alınıb.

 

Beləliklə, 2024-cü ilin əvvəlindən ölkə sərhədlərini qanunsuz yollarla keçməyə cəhd göstərənlərin sayı 498-ə, sərhədi keçməsinin qarşısının alınanların sayı isə 15 min 153 nəfərə çatıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal