Modern.az

Fransa ilə münasibətlər ən aşağı nöqtədədir - RƏSMİ

Fransa ilə münasibətlər ən aşağı nöqtədədir - RƏSMİ

27 Yanvar 2024, 11:59

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransa ilə münasibətlərin ən aşağı nöqtədə olduğunu bildirib.

 

Modern.az-ın məlumatına görə, bunu XİN rəhbəri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

 

Nazirin sözlərinə görə, Azərbaycan bu münasibətlərin böhran həddinə çatması üçün heç bir təşəbbüs göstərməyib, mövcud durumun səbəbkarı Fransa olub.

 

O qeyd edib ki, Azərbaycana qarşı sistemli qərəzin arxasında duran bir nömrəli ölkə məhz Fransadır: "Azərbaycan özünə qarşı belə addımları cavabsız qoyacaq ölkə deyil".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal