Modern.az

Qar yağacaq, yollar buz bağlayacaq - SABAHIN HAVASI

Qar yağacaq, yollar buz bağlayacaq - SABAHIN HAVASI

28 Yanvar 2024, 12:31

Yanvarın 29-na gözlənilən hava şəraiti açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gün ərzində bəzi yerlərdə fasilərlə yağıntılı olacağı, bəzi şəhərətrafı ərazilərdə yağışın qısamüddətə sulu qar ilə qarışıq yağması ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 1-4° isti, gündüz 4-6° isti olacaq.

 

Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.

 

Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal