Modern.az

Pulsuz səyahət imkanı: AZAL 100 ödənişsiz aviabilet təqdim edir

Pulsuz səyahət imkanı: AZAL 100 ödənişsiz aviabilet təqdim edir

1 Fevral 2024, 10:34

"Azərbaycan Hava Yolları" QSC (AZAL) 40-dan çox istiqamət üzrə pulsuz gediş-dönüş aviabiletləri təklif edən “Səyahət etmək vaxtıdır” adlı unikal müsabiqəyə start verir.

 

Modern.az AZAL-a istinadən xəbər verir ki, müsabiqə 1-21 fevral tarixlərində davam edəcək.

 

Müsabiqə çərçivəsində hər birinə 23 kq-a qədər baqaj limiti daxil olan 100 ödənişsiz aviabilet oynanılacaq. Müsabiqədə 18 yaşdan yuxarı hər kəs iştirak edə bilər. İştirak üçün linkə keçid edərək aviaşirkətin rəsmi saytındakı anketi doldurmaq kifayətdir: //bit.ly/azalcontestpr

 

Aviaşirkətin “Facebook” sosial şəbəkəsində canlı yayımda təsadüfi yolla 50 qalib seçiləcək. Nəticələr hər həftə – fevralın 8, 15 və 22-də elan olunacaq.

 

50 qalibin hər biri özü və səyahət etmək istədiyi şəxs üçün iki gediş-dönüş aviabileti əldə edəcək. Biletlərin eyni uçuşa alınması vacib şərtdir.

 

Müsabiqədə yalnız bir dəfə iştirak etmək mümkündür. Çarter və kod-şerinq reysləri müsabiqədə nəzərə alınmır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal