Modern.az

Vətən müharibəsi qəhrəmanına yüksək vəzifə VERİLDİ

Vətən müharibəsi qəhrəmanına yüksək vəzifə VERİLDİ

Ölkə

3 Fevral 2024, 21:50

Vətən müharibəsi qəhrəmanı, polkovnik Teyfur Rüstəmova yeni vəzifə verilib.

 

Modern.az "Musavat"a istinadən xəbər verir ki, o, Azərbaycan Silahlı Qüvvələrinin Çindəki hərbi attaşesi təyin edilib. 

 

Qeyd edək ki, Teyfur Rüstəmov 44 günlük Vətən müharibəsi zamanı Ermənistan hərbi birləşmələri tərəfindən işğal olunmuş torpaqlarımızın azad olunması və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüşlərdə rəşadət göstərdiyinə görə “Qarabağ” ordeni ilə təltif edilib. Eyni zamanda, “Şuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib.

 

Xatırladaq ki, polkovnik bundan əvvəl Əfqanıstandakı Azərbaycan hərbi kontingentinin rəhbəri vəzifəsində çalışıb. 

 

Teyfur Rüstəmov Cəbrayıl rayonunun Mehdili kəndində anadan olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal