Modern.az

Dövlət və hökumət rəsmiləri səs verir - FOTOLAR (YENİLƏNİR)

Dövlət və hökumət rəsmiləri səs verir - FOTOLAR (YENİLƏNİR)

7 Fevral 2024, 12:42

Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilir.

 

Modern.az xəbər verir ki, dövlət və hökumət rəsmiləri də səsvermə hüququndan istifadə edib.

 

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev fevralın 7-də 16 saylı Yasamal ikinci seçki dairəsinin 34 saylı seçki məntəqəsində səs verib.

 

Baş nazir Əli Əsədov isə 7 saylı Səbail seçki dairəsinin 2 saylı məntəqəsində səsvermə hüququndan istifadə edib.

 

Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova fevralın 7-də 19 saylı Nərimanov birinci seçki dairəsinin 11 saylı seçki məntəqəsində səs verib.

 

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 17 saylı Yasamal üçüncü seçki dairəsinin 1 saylı məntəqəsinə gələrək səsvermə hüququndan istifadə edib.

Baş nazirin I müavini Yaqub Eyyubov prezident seçkilərində səsvermə hüququndan istifadə edib. O, 7 saylı Səbail seçki dairəsinin 6 saylı məntəqəsində səs verib.

Energetika naziri Pərviz Şahbazov 7 saylı Səbail Seçki Dairəsinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzində yerləşən 12 saylı seçki məntəqəsində səs verib.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov növbədənkənar prezident seçkilərində səs verib. O, 7 saylı Səbail seçki dairəsinin 4 saylı məntəqəsində səsvermə hüququndan istifadə edib.

 

 

 

Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi Bəylər Eyyubov Şuşadakı seçki məntəqəsində səs verib.

 

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov 17 saylı Yasamal 3-cü seçki dairəsinin 1 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edib.

Baş nazirin müavini Şahin Mustafayev prezident seçkilərində səsvermə hüququndan istifadə edib. O, 21 saylı Nəsimi-Binəqədi Seçki Dairəsinin 132 saylı uşaq bağçasında yerləşən 3 saylı seçki məntəqəsində səs verib.

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 28 saylı seçki məntəqəsində səs verib.

 

 

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov 21 saylı Nəsimi-Binəqədi seçki dairəsinin 11 saylı məntəqəsində səs verib.

 

Azərbaycanın maliyyə naziri Samir Şərifov 5 saylı Xətai 3-cü Seçki Dairəsinin 6 saylı seçki məntəqəsində səs verib.

 

 

Baş prokuror Kamran Əliyev 15 saylı Yasamal 1-ci seçki dairəsinin 15 saylı məntəqəsində səs verib.

 

Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu da səsvermədə iştirak edib.

 

1321684

 

Elm və təhsil naziri Emin Əmrullayev 24 saylı Nizami 1-ci seçki dairəsinin 20 saylı seçki məntəqəsindən səsvermə hüququndan istifadə edib.

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov 23 saylı Nəsimi-Səbail seçki dairəsinin İlyas Əfəndiyev adına Elitar Gimnaziyasında yerləşən 18 saylı seçki məntəqəsində səs verib.

 

1321759

 

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov prezident seçkilərində səsvermə hüququndan istifadə edib.
O, 7 saylı Səbail seçki dairəsinin 6 saylı məntəqəsində səs verib.

1321786

 

İqtisadiyyat nazirinin müavini, AFFA prezidenti Rövnəq Abdullayev 25 saylı Nizami ikinci seçki dairəsinin 1 saylı məntəqəsində səs verib.

1321791

 

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov işğaldan azad olunmuş Ağdam şəhərində prezident seçkisində iştirak edib.

 

1321792

 

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 13 saylı seçki məntəqəsində səsvermə prosesində iştirak edib.

1321810

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi