Modern.az

Nəticələr Azərbaycanın taleyinə müsbət təsir edəcək - Beynəlxalq müşahidəçi

Nəticələr Azərbaycanın taleyinə müsbət təsir edəcək - Beynəlxalq müşahidəçi

7 Fevral 2024, 16:45

BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə vəkili, Pakistanın tanınmış beynəlxalq eksperti Qaiser Navab bu gün nümayəndə heyəti ilə birlikdə Azərbaycanın müxtəlif bölgələrindəki seçki məntəqələrini ziyarət edib.

 

Modern.az-a açıqlamasında Qaiser Navab rahat və aktiv seçki prosesinin şahidi olduqlarını bildirib:

 

“Prezident seçkilərində beynəlxalq müşahidəçi qismində iştirak edirəm. Bakıda havaların soyuq keçməsinə baxmayaraq, gənclər də daxil olmaqla xeyli sayda insan Azərbaycanın canlı demokratiyasını əks etdirən seçki prosesində fəal iştirak edir. Müşahidələrimdən biri də ailələrin azyaşlı uşaqları ilə birlikdə seçki məntəqələrinə gəlib səs verməsi ilə bağlı oldu. Hesab edirəm ki, bu davranış gənc yaşlarından onlara demokratiya haqqında məlumatlılığı aşılamaq məqsədini daşıyır.

 

Şəffaflığın təmin edilməsi səylərinə uyğun olaraq, Mərkəzi Seçki Kommissiyası 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırıb və səsvermə prosesinin davamlı monitorinqinə şərait yaradıb. Bu da tərəfimizdən yüksək qiymətləndirilir”.

 

Qaiser Navab seçkilərlə bağlı nikbinliyini ifadə edib:

 

"Prezident seçkiləri çox əlamətdar hadisədir. Azərbaycan xalqı gələcək inkişafı üçün uğurlu seçim edəcək. İnanırıq ki, seçkilərin nəticələri  Azərbaycanın taleyinə müsbət mənada ciddi təsir edəcək”.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI