Modern.az

Növbədənkənar prezident seçkiləri BAŞA ÇATDI 

Növbədənkənar prezident seçkiləri BAŞA ÇATDI 

Ölkə

7 Fevral 2024, 19:01

Növbədənkənar prezident seçkiləri ilə bağlı səsvermə başa çatıb.

 

Modern.az xəbər verir ki, səhər saat 08.00-da açılan bütün seçki məntəqələri bağlanıb.

 

Beynəlxalq və yerli müşahidəçilərin iştirakı ilə bülletenlərin sayılmasına başlanılacaq.

 

Mərkəzi Seçki Komissiyasının (MSK) saat 17:00-a olan məlumatına görə, respublika üzrə 4 milyon 590 min 75 nəfər səs verib. Seçici fəallığı 70,85 faiz olub.

 

MSK sədri Məzahir Pənahov bildirib ki, saat 21:00-da ilkin nəticələrin elan edilməsi nəzərdə tutulur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama