Modern.az

İlham Əliyevin qələbəsi Təbrizdə belə qeyd olundu - FOTOLAR

İlham Əliyevin qələbəsi Təbrizdə belə qeyd olundu - FOTOLAR

Ölkə

8 Fevral 2024, 17:43

Azərbaycanda fevralın 7-də növbədənkənar prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyası artıq ilkin nəticələri açıqlayıb. Belə ki, hakim Yeni Azərbaycan Partiyasının namizədi Prezident İlham Əliyev 92%-dən çox səs toplayaraq qələbə qazanıb.

 

İlham Əliyevin qələbəsi vətəndaşlarda böyük sevinc və coşğu yaradıb. Dünən axşam saatlarında "exit-poll" nəticələrinin açıqlanmasından sonra respublikanın bütün ərazilərində vətəndaşlar küçələrə axışaraq İlham Əliyevin seçkidəki qələbəsini qeyd edib.

 

İlham Əliyevin qələbəsi yalnız ölkə hüdudlarında yox, başqa ölkələrdə yaşayan həmyerlilərimiz tərəfindən də böyük coşğu ilə qeyd olunub.

 

Güneyli soydaşlarımız bu gün səhər saatlarından Təbriz küçələrində qələbəni qeyd ediblər.

 

Onlar "qalib xalq,qalib liderini seçdi" yazılı posterləri dirəklərə, divarlara, eləcə də avtmobillərinin ön şüşəsinə yapışdırıblar.

 

Qeyd edək ki, Azərbaycanın müstəqilliyini əldə etdiyi tarixdən bu yana keçirilən sayca 8-ci seçkidə seçici fəallığı 76.73% olub. Beləliklə, seçicilərin 4 milyon 971 min 32 nəfəri öz səsvermə hüququndan istifadə edib.

 

Ötən gün keçirilən seçkilərdə ən yuxarı seçici fəallığı 15 saylı Yasamal birinci seçki dairəsində (83.36%) ən aşağı isə 19 saylı Nərimanov birinci seçki dairəsində qeydə alınıb (59.8%).

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu