Modern.az

Albaniyanın Azərbaycanda səfirliyi açılacaq - Baş nazir Bakıya gələcək

Albaniyanın Azərbaycanda səfirliyi açılacaq - Baş nazir Bakıya gələcək

9 Fevral 2024, 09:42

Yaxın zamanda Bakıda Albaniyanın yeni səfirliyi açılacaq. 

 

Modern.az xəbər verir ki, bu barədə Albaniya Respublikasının Baş Naziri Edi Rama “X” sosial şəbəkə hesabında bildirib. 

 

O qeyd edib ki, yaxın zamanda səfirliyin açılmasında iştirak etmək istəyir. 

 

Qeyd edək ki, bu qərarı Albaniya Xarici İşlər Nazirliyinin rəhbərinin təklifi əsasında Albaniyanın Nazirlər Şurası qəbul edib.

 

Azərbaycanda səfirliyin açılması xərcləri Albaniya Xarici İşlər Nazirliyinin 2023-cü il üçün büdcəsi hesabına ödəniləcək. Sənəd 2023-cü il martın 1-dən qüvvəyə minib.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu