Modern.az

Azərbaycan bu ölkədən güclü silahlar ALACAQ 

Azərbaycan bu ölkədən güclü silahlar ALACAQ 

Ölkə

11 Fevral 2024, 00:56

Ötən ilin sonlarında Serbiya mətbuatında Azərbaycanın bu ölkədən yeni silahlar almaq istədiyi barədə xəbərlər yayılıb.

 

Modern.az xəbər verir ki, mətbuatda Azərbaycanın Serbiyada istehsal edilən “Nora B52” özüyeriyən artilleriya qurğuları ilə maraqlandığı iddia olunur.

 

İddialara görə, Azərbaycan 48 ədəd 155 mm çaplı silahdan sifariş vermək istəyir. Serbiya mətbuatı yazır ki, Azərbaycan Prezidenti İlham Əliyevin ötən ilin dekabr ayında bu ölkəyə səfəri zamanı da bu məsələ müzakirə olunub. 

 

Qeyd edək ki, səfər çərçivəsində Azərbaycan Prezidenti Serbiyada keçirilən silah sərgisində iştirak edib və yerli istehsal silahlarla maraqlanıb.

 

Serbiyanın RTV kanalı bildirir ki, bir neçə gün əvvəl Serbiya Prezidenti Aleksandr Vuçiç Topçider adlı hərbi bazaya baş çəkən zaman “Nora B52” silahlarından da bəhs edib. O qeyd edib ki, Serbiyanın daha çox bu silaha ehtiyacı var, ona görə də silahın istehsalı artırılmalıdır. 

 

Vuçiç təsdiqləyib ki, Azərbaycan və Kipr “Nora B52” artilleriya qurğusu sifariş verib. O, neçə ədəd sifariş verildiyini açıqlamayıb. 

 

“Nora 52” 155 mm çaplı mərmi istifadə edir. Silah düşmənin şəxsi heyətini, artilleriya batareyalarını, bunkerlərini məhv etmək üçün nəzərdə tutulub. Artilleriya qurğusu minalardan qoruna bildiyi üçün minalanmış sahələrdə şəxsi heyət üçün keçid yarada bilər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi