Modern.az

Seçki protokolu Konstitusiya Məhkəməsinə göndərildi

Seçki protokolu Konstitusiya Məhkəməsinə göndərildi

Ölkə

11 Fevral 2024, 17:06

Mərkəzi Seçki Komissiyası (MSK) növbədənkənar prezident seçkilərinin nəticələrinə dair protokolun müvafiq sənədlərlə birlikdə Konstitusiya Məhkəməsinə təqdim edilməsi ilə bağlı məsələni təsdiqləyib.

 

Modern.az xəbər verir ki, MSK üzvlərinin hamısı yekun protokolu imzalayıb.

 

Protokola görə, 11 seçki məntəqəsində səsvermənin nəticələri etibarsız hesab edilib. Səsləri etibarsız hesab edilən seçicilərin sayı 9828 nəfər olub.

 

Bildirilib ki, seçici fəallığı 76.43 faiz olub. Seçkilərin nəticələrinə görə, Prezident İlham Əliyev 4567458, seçicilərin 92.12 faiz səs toplayıb. 

 

Mərkəzi Seçki Komissiyası qərara alıb ki, 2013-cü il oktyabrın 9-da keçirilmiş prezident seçkilərinin nəticələri barədə Mərkəzi Seçki Komissiyasının Protokolu təsdiq edilərək seçkilərə yekun vurulsun. Həmçinin MSK Protokolunun müvafiq sənədlərlə birlikdə seçkilərin nəticələrinin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsi barədə qərar çıxarılıb. Mərkəzi Seçki Komissiyasının Protokolunun dərci barədə də qərar qəbul edilib.

 

Protokol imzalandıqdan sonra Konstitusiya Məhkəməsinə göndərilib.

***

16:08

Mərkəzi Seçki Komissiyası fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərinə yekun vurub. 

 

Modern.az xəbər verir ki,  Komissiyanın bu gün keçirilən iclasında seçkilərin nəticələrinə dair protokol təsdiq edilib.

 

Protokol müvafiq sənədlərlə birlikdə Konstitusiya Məhkəməsinə göndəriləcək.

 

Qeyd edək ki, prezident seçkilərində Prezident İlham Əliyev 92%-dən çox səs toplayaraq qələbə qazanıb. 

 

Konstitusiya Məhkəməsinin qərarından sonra prezidentin andiçmə mərasimi keçiriləcək. Konstitusiyanın 103-cü maddəsinə uyğun olaraq, Prezident seçilmiş şəxs Prezident seçkilərinin yekunları haqqında məlumatın Konstitusiya Məhkəməsi tərəfindən rəsmi elan olunduğu gündən başlayaraq 3 gün ərzində and içir.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi