Modern.az

MSK-nın qaynar xəttinə daxil olan müraciətlərin SAYI

MSK-nın qaynar xəttinə daxil olan müraciətlərin SAYI

Ölkə

11 Fevral 2024, 16:16

Seçki prosesi marafonunda Mərkəzi Seçki Komissiyasına (MSK) yalnız bir şikayət daxil olub.

 

Modern.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov fevralın 11-də prezident seçkilərinin yekunları ilə bağlı keçirilən iclasda səsləndirib.

 

O qeyd edib ki, komissiya daxil olan müraciətlərə kifayət qədər həssas yanaşıb. Sədr müavini bildirib ki, “Qaynar xətt”ə 700-ə yaxın zəng daxil olub.

 

"Bunlardan 670-ə yaxını seçici siyahısı ilə bağlı olub. Hüquqi sənədlərlə bağlı 130 müraciət daxil olub və bu da aydınlaşdırma xarakteri daşıyıb”, - deyə o əlavə edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu