Modern.az

MSK-nın təsdiqlədiyi yekun protokolda hansı rəqəmlər var... - DETALLAR

MSK-nın təsdiqlədiyi yekun protokolda hansı rəqəmlər var... - DETALLAR

11 Fevral 2024, 20:28

Xəbər verdiyimiz kimi, bu gün Mərkəzi Seçki Komissiyasının (MSK)  iclasında fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərinin yekun protokolu təsdiq edilib.

 

Modern.az-ın məlumatına görə, protokol MSK-nın bütüm üzvləri tərəfindən imzalanıb.

 

İmzalanmanın ardından protokol təsdiqlənməsi üçün Konstitusiya Məhkəməsinə göndərilib. Qərarda deyilir ki, 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələri haqqında Mərkəzi Seçki Komissiyasının Protokolu imzalandıqdan sonra 24 saat ərzində dərc edilməlidir.

 

Qeyd edək ki, protokol artıq dərc edilib. Sənəddə seçkilərin nəticələri ilə bağlı bir sıra rəqəmlər yer alıb. Bildirilir ki, səsvermə 125 dairə üzrə  6537 məntəqədə keçirilib.

 

- Səsvermənin nəticələri etibarsız hesab edilmiş seçki məntəqələrinin sayı - 11
- Səsvermənin baş tutmadığı seçki məntəqələrinin sayı - 0
- Seçicilərin ümumi sayı - 6 514 222
- Seçici siyahılarında olan seçicilərin sayı (Qeydiyyatdan çıxma vəsiqəsi alanlar istisna olmaqla) -  6 419 386
- Əlavə seçici siyahısında olan seçicilərin sayı - 35 676
- Qeydiyyatdan çıxma vəsiqəsi almış seçicilərin sayı - 59 160
- Mərkəzi Seçki Komissiyası tərəfindən dairə seçki komissiyalarına verilmiş seçki bülletenlərinin sayı - 6 524 203
- Seçki bülleteni almış seçicilərin sayı - 4 978 950 (Seçicilərin fəallığı: 76.43%)
- İstifadə edilmədən ləğv olunmuş seçki bülletenlərinin sayı - 1 542 708
     - məntəqə seçki komissiyaları tərəfindən - 1 470 239
     - dairə seçki komissiyaları tərəfindən - 72 469
- Korlanmış seçki bülletenlərinin sayı - 2 545
- Seçki qutularında olan seçki bülletenlərinin sayı - 4 967 795
- Etibarsız hesab edilmiş səslərin sayı - 9 828
- Etibarlı hesab edilmiş səslərin sayı - 4 957 967


Etibarlı hesab edilmiş səslərin prezidentliyə namizədlər arasında bölünməsi aşağıdakı kimi olub:


- Əliyev Fuad Ağasi oğlu - 26 517 (0.54%)
- Əliyev İlham Heydər oğlu - 4 567 458 (92.12%)
- Həsənquliyev Qüdrət Müzəffər oğlu - 85 411 (1.72%)
- Musayev Elşad Nəbi oğlu - 32 885 (0.66%)
- Mustafa Fazil Qəzənfər oğlu - 98 421 (1.99%)
- Nurullayev Razi Qulaməli oğlu - 39 643 (0.80%)
- Oruc Zahid Məhərrəm oğlu - 107 632 (2.17%)

 

Beləliklə, yekun nəticələrə görə prezident İlham Əliyev növbədənkənar prezident seçkilərində qalib gəlib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna Rusiya bu şəhərini də vurdu: Əhali panikada