Modern.az

Cavanşir Quliyevin ölüm xəbəri təsdiqlənmədi, əməliyyat olunacaq

Cavanşir Quliyevin ölüm xəbəri təsdiqlənmədi, əməliyyat olunacaq

Ölkə

12 Fevral 2024, 08:16

Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin Türkiyədə müalicə aldığı xəstəxanada vəfat etməsi barədə məlumat yayılıb. Məlumatı onun sənət dostları paylaşıb.

 

Lakin dəqiqləşmədən sonra məlum olub ki, məlumat yalandır, Cavanşir Quliyevin müalicəsi davam etdirilir. 

 

Modern.az xəbər verir ki, Heydər Əliyev Fondundan verilən məlumata görə, 74 yaşlı bəstəkar bu gün planlı əməliyyata girəcək. 

 

Xatırladaq ki, Türkiyədə səfərdə olan Cavanşir Quliyevin beyninə qan sızdığı bildirilir. 

 

Bəstəkarın müalicəsinə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Fond tərəfindən dəstək verilir.

 

***

Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev İstanbulda xəstəxanada vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barədə onun sənət dostları sosial şəbəkə hesablarından məlumat yayıblar.

 

Xatırladaq ki, sənətkar fevralın 5-də xəstəxanaya yerləşdirilmişdi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi