Modern.az

Rusiya səfiri Zəngəzur dəhlizindən danışdı: erməni tərəfi danışıqları gecikdirir

Rusiya səfiri Zəngəzur dəhlizindən danışdı: erməni tərəfi danışıqları gecikdirir

12 Fevral 2024, 09:32

Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Zəngəzur dəhlizi haqqında danışıb.

 

Modern.az xəbər verir ki, bu barədə diplomat bu məsələyə "İzvestiya"ya müsahibəsində toxunub.

 

"Bu mövzu Azərbaycan tərəfi üçün çox vacibdir. Bu, Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında sabit nəqliyyat marşrutunun, nəqliyyat marşrutlarının olmasıdır. Birinci Qarabağ müharibəsi zamanı bütün kommunikasiyalar kəsilib, Naxçıvana elektrik enerjisi verilişi kəsilib. Ona görə də Azərbaycan üçün marşrutun təhlükəsizliyi (bu, təqribən 46 km-dir) mücərrəd mövzu deyil.

 

Bu marşrut boyunca tunellər də var və məncə, körpü də var. Rusiya Federasiyası öz hesabına bu marşrutu kifayət qədər tez bərpa etməyə hazır idi. Mənə o qədər də aydın olmayan müxtəlif səbəblərdən erməni tərəfi danışıqları gecikdirir.

 

Bunun nəticəsidir ki, ötən il Bakı və Tehran arasında İran ərazisindən keçən dəmir yolunun tikintisinə dair saziş imzalanıb. Orada bir az da var - 60 km filan, marşrut daha çətindir, amma bu iş artıq gedir. Bütün bu illər ərzində Azərbaycanla Naxçıvan arasında avtomobil yolu ilə yük daşımaları İran ərazisindən keçirdi".

 

Səfir qeyd edib ki, üstəlik bu, Türkiyəyə gedən yoldur və indi əsas odur ki, Türkiyədən Naxçıvana dəmir yolları çəkilsin: "Müvafiq olaraq, Azərbaycan, İran və Naxçıvan vasitəsilə Rusiyadan Türkiyəyə yük daşıya biləcəyik".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna Rusiya bu şəhərini də vurdu: Əhali panikada