Modern.az

Etibar Məmmədov da İlham Əliyevi TƏBRİK ETDİ

Etibar Məmmədov da İlham Əliyevi TƏBRİK ETDİ

Ölkə

12 Fevral 2024, 13:24

Fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirildi. Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin seçkilərdə səslərin 92.12 faizini (4 milyon 567 mindən çox) toplayaraq qələbə qazanıb.

 

Nəticələrin elan olunmasından sonra həm xarici ölkələrdən, həm də ölkə daxilindəki müxtəlif şəxslərdən İlham Əliyevə təbriklər göndərilib.

 

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) fəxri lideri, 1998 və 2003-cü ildə keçirilmiş prezident seçkilərində namizəd kimi iştirak edən Etibar Məmmədov da bununla bağlı Modern.az-a açıqlama verib. 

 

O, seçki nəticələrinin gözlənilən olduğunu bildirib. "2024-cü ilin fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində başqa nəticənin olması mümkün deyildi. İlham Əliyevin qələbəsi gözlənilən idi",- Etibar Məmmədov deyib.

 

Siyasətçi prezidenti seçkilərdəki qələbəsinə görə təbrik etdiyini söyləyib:

 

"Yenidən prezident seçilməsi münasibətilə İlham Əliyevi təbrik etdim. Lakin şəxsən əlaqə saxlamamışam".

Whatsapp
Bizə yazın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək